21 Aprel 2021 19:12
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra Rusiya aviaşirkəti Azərbaycana müntəzəm aviareyslər həyata keçirmək üçün icazə alıb.

Teleqraf.com bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, Bakıya müntəzəm uçuşlar üçün "Uralskiye avialinii", "Severnıy veter", "Red Uinqz", "İkar", "İjavia", "İrAero" şirkətlərinə lisenziyalar verilib.

Lisenziyalara əsasən, "Uralskiye avialinii" həftədə üç dəfə Voronej-Bakı, İrkutsk-Bakı və Omsk-Bakı marşrutları ilə uçuşlar keçirəcək.

"Severnıy veter" həftədə yeddi dəfə Kalininqrad-Bakı və Vladiqafqaz-Bakı reyslərini reallaşdıracaq.

"Red Uinqz" üçün həftədə dörd dəfə Jukovski-Gəncə, həftədə yeddi dəfə Jukovski-Bakı reysləri, "İkar" üçün həftədə yeddi dəfə Vladiqafqaz-Bakı reysləri, "İjavia" üçün həftədə iki dəfə Mineralnıe Vodı-Bakı, Omsk-Bakı, Kazan-Bakı və Ufa-Bakı reysləri, "İrAero" üçün Jukovski-Bakı, Ufa-Bakı və Samara-Bakı reysləri üçün lisenziya verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər