“İrəli” İctimai Birliyi gənclərin fərdi inkişafına dəstək ola biləcək hər bir təşəbbüsə açıq olan birlik ideyaların reallaşdırılması üçün “İdeya Bankı” yaradıb.
Teleqraf.com xəbər verir ki, “İdeya Bankı” gənclərə öz layihələrini həyata keçirmələrində dəstək olacaq.
İdeyaların gerçəkləşdirilməsi prosesi bir neçə mərhələdən ibarətdir. Öncə ideya sahibi gənclər ideyalarını banka daxil edəcək. Daha sonra həmin ideyalar araşdırıldıqdan və seçildikdən sonra onların reallaşdırılması istiqamətində birlik tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Uyğun görüldükdən sonra ideyalar layihələr şəklində reallaşacaq.
“İdeya Bankı”na layihə təklifləri olan gənclər aşağıdakı linkdən daxil olaraq özü və reallaşmasını istədiyi layihəsi barədə sualları cavablandırmalıdır. İdeyanın təsviri, məqsədi, keçirilmə tarixi formatı və s. kimi məlumatları qeyd etməlidir.
Link: