26 Aprel 2021 09:14
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2021-ci ildə Avropa ölkələri və Yaxın Şərqə nar ixrac etməyi planlaşdırır.

Bunu Teleqraf.com-a Azərbaycan Nar İİstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, Azərbaycan narının ixrac edildiyi əsas ölkələr Rusiya və Ukraynadır:

"2020-ci ildə həmin bazarlarda məhsulumuzun qiyməti yüksək olub. Azərbaycanda istehsal olunan narın yalnız 10-11 faizi daxili bazarın tələbatın tam təmin olunması şərti ilı ixraca yönəldilir. Amma hələ də keyfiyyətli məhsul çatışmazlığı mövcuddur".

O bildirib ki, 2021-ci ildə Assosiasiyanın əsas məqsədi İxracın Təşviqi və İnvestisyalar Fondunun dəstəyi ilə digər Avropa bazarlarına çıxmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər