26 Aprel 2021 10:25
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub, vəziyyəti ağırdır.

Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Xalq artisti bir neçə gün əvvəl “Yeni klinika”ya yerləşdirilib: “Səkkiz gündür ki, virusa youxub. Bu gün vəziyyəti çox pis olduğuna görə, süni tənəffüs aparatına qoşulub. Vəziyyəti olduqca kritikdir. Həkimlər əllərindən gələni edirlər”.

“Yeni klinika”dan bildirilib ki, A.Quliyev hazırda reanimasiya şöbəsindədir./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər