Xəbər verdiyimiz kimi xalq artisti Arif Quliyev gecə saatlarında koronavirusdan dünyasını dəyişib.
Arif Quliyevin oğlu Rövşən Quliyev Teleqraf.com-a açıqlamasında xalq artistinin harada dəfn edilməsinin hələlik dəqiqləşdirilmədiyini bildirib:
"Harada dəfn edilməsini müəyyənləşməyib. İki saat ərzində bilinəcək. Atamın cənazəsi xəstəxanadadır".
Qeyd edək ki, Arif Quliyev "Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi.