Sabah Ramazan ayının 25-ci günüdür.
Teleqraf.com-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 8-də Bakıda imsak saat 03:54-də, iftar isə saat 19:58-dədir.
Ramazan ayının 25-ci gününün duası:
"İlahi, bu gün məni sənin dostlarını sevən, düşmənlərinlə düşmən olan və peyğəmbərlərin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey peyğəmbərlərin qəlblərini məsul qılan Allah!"
Allah orucunuzu qəbul etsin!