Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Trust Asset Management” Məhdud Məsuliyyətli Cəmiyyətinə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz yeni xüsusi razılıq (lisenziya) verib.
Bu barədə Teleqraf.com-a komitənin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.
Naibə