Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edəcək.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair Saziş”in təsdiq edilməsi ilə bağlı məsələnin Milli Məclisdə müzakirə edilməsi nəzərdə tutulur.
Bu sazişin məqsədi MSİBM-in və onun heyətinin Azərbaycan Respublikasında statusunu, imtiyazlarını və immunitetlərini müəyyənləşdirməkdir.