Ölkəmizdə Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrası istiqamətində insanların peyvənd edilməsi prosesi uğurla həyata keçirilir. Bu ilin yanvar ayının 18-dən etibarən həyata keçirilən aksiyada əhalinin demək olar ki, xeyli hissəsi artıq vaksinin ikinci dozasını qəbul edib.
Teleqraf.com xəbər verir ki, mayın 20-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə vaksinasiya aksiyası həyata keçirilib. TƏBİB-in səyyar briqadası tərəfindən təşkil olunan vaksinasiya aksiyasında könüllülük əsasında 150-yə yaxın partiyanın fəal üzvü iştirak edib. Tədbirin məqsədi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya gənclərinin virusa qarşı immun sistemini gücəndirmək və eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində gənclərin rolunun artırılmasından ibarətdir.
Qeyd edək ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.