Sabah Azərbaycanda qeyri-sabit, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 2-si günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz olacağı, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, aradabir yağış yağacaq, gecəyə doğru yağıntılı olacaq, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 10-13, axşama doğru isə 5 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində noyabrın 2-də hava yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.
Noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.