Həyatda hər kəs daha uzun ömür sürmək, sağlam yaşamaq istəyir. Lakin bu, heç də hamıya müyəssər olmur. Azı 80-90 il sağlam həyat tərzi sürmək, yaşlı ahıl çağlarda belə özünü gümrah hiss etmək çoxlarının əlçatmaz arzusudur. Eyni zamanda, bir çox uzunömürlünün ibrətamiz həyat təcrübəsi göstərir ki, ömrü uzatmaq, uzun və mənalı ömür yaşamaq elə də çətin deyil.
Bu mənada insanların gündəlik yaşam tərzində edə biləcəkləri kiçik dəyişikliklər onların ömrünü əhəmiyyətli dərəcədə uzada bilər. Teleqraf.com-un araşdırmasına görə, siqaret çəkmək, spirtli içki içmək, idman etməmək və yetərincə meyvə-tərəvəz yeməmək insanın ömrünü nə az, nə də çox – düz 12 il azaldır.
Mümkün qədər az yeyin. Araşdırmalara görə, Yaponiyadakı yaşlı qadınlar yemək yeyərkən yeməklərinin sadəcə 80%-ni bitirirdilər. Az yemək yaşlanmanı ləngidir. Tiroid hormonu maddələr mübadiləsinin yavaşlamasına səbəb olur.
Televizoru söndürməyi unutmayın. Televizorun qarşısında çox vaxt keçirməyin. 4, ya daha çox saat televizor izləyən 1-2 saat televizor izləyənə nisbətən 46% daha çox təsir görür.
Özünüzü Günəşdən qoruyun: Bir qədər təəccüblü görünsə də, bu, qırışları əngəlləmək və yaşlanmamaq üçün ideal vasitə sayılır.
Söhbət edin, ünsiyyət qurun: Dostlarınız və ailənizlə aranızda güclü bir bağ olmadan yaşamanız sizi xəstəliyə açıq edir. Təklik, depresiyyaya meylli olan insanlar üçün böyük risk təşkil edir.
Münasibətinizə önəm verin. Burada söhbət tam sağlam, ciddi ailə münasibətindən edir. Sabit, xoşbəxt ailədə yaxın müasibət ömrü uzatmaq, cavan qalmaq üçün əsas şərtlərdən sayılır. Həftədə 2, ya 3 dəfə sağlam yaxın münasibətdə olmaqla, yaşam müddətinizə daha 3 il əlavə edə bilərsiz. Normasında olan təzyiqə, immunitetin güclənməsinə və sağlamlığınızı qorumağa kömək olacaq.
Bolluca meyvə və tərəvəz yeyin: Gündə 2, ya 3 dəfə meyvə-tərəvəz yeyin. Lif və vitaminlə zəngin qidalar yemək ürək xəstəlikləri riskini 76-a qədər aşağı salaraq döş xərçəngi riskini də azaldır.
İdman edin, fiziki sağlamlığınıza diqqət yetirin: Gənc qalmaq istəyirsizsə, gündəlik idman edin. Qaçış və idman hərəkətləri insan ömrünü 4 ilə qədər uzadır. Maddələr mübadiləsi, beyin, ürəyinizin daha yaxşı işləməsinə kömək edir. Gündə 30 dəqiqə piyada gəzinti ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.
Siqaret çəkməyin: Siqaret çəkməyənlərin çəkənlərdən 8 il daha çox yaşadığı müəyyən olunub.