2 İyun 2021 14:14
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zamanı zərərçəkmiş kimi tanınan, şəhid atası Xanbala Əsgərov cinayət işi üzrə hüquqi varis qismində tanınıb.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində jurnalistlərlə söhbətində Xanbala Əsgərov danışıb.

O, bildirib ki, torpaqlarımız azad olunmasına çox sevinib: “Erməni terrorçular Azərbaycanda məhkəmə qarşısında cavab verir. Biz şahid kimi buraya gəlmişik. Azərbaycan dövləti düşməni məhv etdi və terrorçuların da cavabını verir. Oğlumun qanı yerdə qalmadı. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqları azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan kimi terrorçular da öz cəzalarını alacaqlar”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər