3 Noyabr 2014 10:13
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gün ərzində Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dan 14:30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə, saat 15:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 14:00-dan 18:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Müəllif: