5 İyun 2021 22:44
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Total şirkəti Bakı-Tblisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir.

Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin (JOCAP) səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər