Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 18-də Tərtər şəhərində vətəndaşları qəbul edəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən xəbərə görə, qəbulda Tərtər, Yevlax, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbul saat 12.00-da Tərtər şəhəri, Gənclər Mərkəzində başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya Komissiyanın Ağcabədi regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (021) 275-55-94) xahiş olunur.
Qeydiyyata yazılmaq istəyən vətəndaşlar Tərtər, Yevlax, Ağdaş və Bərdə rayonlarının Təhsil şöbələrinə də noyabrın 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
NİGAR