9 İyun 2021 13:19
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan, istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri sürətlə davam etdirilir.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, Şəki şəhərində 47 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış yeraltı qaz xətti Birliyin Təmir-Tikinti idarəsi tərəfindən yeni polietilen boru ilə əvəzlənir. Şəhərin M.Ə.Rəsulzadə prospekti istiqamətində 6 km uzunluğunda müxtəlif diametrli polietilen boru ilə çəkilən yeni qaz xətti hazır olduqdan sonra 5 min abonentin qaz təchizatı yaxşılaşdırılacaq. İşin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər cəlb edilib.

Qeyd edək ki, respublikanın yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər