Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi iyunun 17-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. İyunun 17-dən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.
Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.