13 İyun 2021 14:23
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein dəfn olunub.

Teleqraf.com xəbər verir ki, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

***

13:45

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, vida mərasimində Qafqaz Müsəlmanları İfdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aleksandr Atanın Azərbaycanda dinlərarası münasibətlərin, multikultiralizmin inkişafında, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bərqərar olmasında rolundan danışıblar.

Aleksandr Ata Birinci Fəxri xiyabanda dəfn ediləcək.

***

12:38

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasiminə qatılıb.

Teleqraf.com xəbər verir ki, QMİ sədri mərasimin keçirildiyi Rus Pravoslav Kilsəsinə gəlib.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi keçirilir.

Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

***

09:14

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşe ilə vida mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.


Müəllif: Mənbə/Report