Şəmkir Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri müvəqqəti olaraq Fəxrəddin Vəliyevə həvalə edilib.
Teleqraf.com xəbər verir ki, F.Vəliyev Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri və rayon İcra Hakimiyyəti başçısının Sosial İqtisadi Məsələlər üzrə müavini vəzifəsini icra edir.
Xatırladaq ki, Şəmkir rayon İcra Hakimiyyəti Aparatının sabiq rəhbəri Alimpaşa Məmmədov korrupsiya faktlarına görə saxlanılıb.