25 İyun 2021 14:23
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir. Bu münasibətlə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə təltif edilib.

Teleqraf.com-un məlumatına görə, təltif edilənlər sırasında Mədəniyyət Nazirliyinin əməkdaşları da var. Belə ki, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Məmmədov Vüqar Rasim oğlu, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Cəfərov Aslan Qulu oğlu dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər