"Qafqaz Media" İctimai Birliyi hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalaraq 22 iyul Milli Mətbuat günü münasibəti ilə bir qrup jurnalist və yazarın mükafatlandırma mərasimini keçirib.
Teleqraf.com xəbər verir ki, İctimai Birliyin sədri Azadə Taleh Abbasqızı milli mətbuatımızın keçdiyi şərəfli yoldan danışıb.
Sonra bir sıra media mənsubları Azərbaycan jurnalistikasına verdikləri töhfələrə görə mükafatlandırılıblar.
Tədbirdə mətbuat nümayəndələrinə diplom və "Cəsarətli qələm medalı" təqdim olunub.
Təltif olunanlar arasında Teleqraf Media Qrupun əməkdaşı da yer alır.