27 İyul 2021 13:19
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetinin və universitetin tərəfdaşı Almaniyanın Akkon Tətbiqi Elmlər Universiteti tərəfindən Covid-19 mövzusunda vebinar təşkil olunub.

Teleqraf.com-un məlumatına görə, vebinarı giriş sözüylə Almaniyanın Səhiyyə Alyansı şurasının sədri Roland Göhde açıb.

Daha sonra iştirakçılar infeksion xəstəliklər üzrə dünyanın məşhur alimlərindən sayılan Professor Timo Ulrichsin Covid-19 haqqında mühazirəsini dinləmək imkanı qazanıblar.

Professor Ulrichs şayiələrə baxmayaraq Covid-19-un Çin tərəfindən qəsdən yayılması ilə bağlı iddiaların elmi sübutları olmadığını qeyd edib. Professor Ulrichs həmçinin Covid-19-un yeni variantlarının təsiri və bu variantlarla mübarizə haqqında öz fikrini bölüşüb, vaksinlərin yan təsirlərinin ola biləcəyini və bunu indiki müddətdə müəyyən etməyin çətin olduğunu bildirib. Professor eyni zamanda bildirib ki, biz bu xəstəliyin fəsadına artıq bələdik və istənilən halda vaksinasiya bundan ən təsirli qorunma vasitəsi hesab olunur.

Tədbirin sonunda Professor Ulrichs iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər