5 Avqust 2021 13:11
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 15 ha sahədə quru ot və kol-kos yanır.


Müəllif: Teleqraf.com