Azərbaycandan göndərilən yanğınsöndürən maşınların, oradan gələn qardaşlarımızın alovların qarşısının alınmasında əvəzsiz xidmətləri var. Çox böyük professionallıqla, ən başlıcası isə var gücləri ilə çalışırlar.
Teleqraf.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Aydın vilayəti üzrə sədri Mesut Mezkit bildirib.
Azərbaycandan gələn növbəti qrupun bu istiqamətdə işlərini hazırda davam etdirdiyini bildirən M.Mezkit deyib: “Onlara, Azərbaycan dövlətinə və xalqına bu birlik üçün minnətdarıq. Biz hər yerdə olduğu kimi, burada da bütün dünyaya qardaşlıq nümayiş etdiririk. Bu cür irimiqyaslı yanğınların söndürülməsi çox çətindir. Qardaşlarımız bizimlə birgə var gücləri ilə çalışırlar. Onların yüksək peşəkarlığı və cəsarətlərinə heyranıq”.