7 Noyabr 2014 18:41
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əcnəbi tələbələr arasında Azərbaycan dili” olimpiadasında beş nəfər əcnəbi tələbə qalib adını qazanıb.

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi tədbirə Amerika, Çin, Koreya, Türkiyə, Nigeriya, İraq, Pakistan, Əfqanıstan və Özbəkistandan olan tələbələr qatılıb və olimpiadada finala 14 gənc vəsiqə qazanıb. Əcnəbi gənclər Azərbaycan dilində şeir və mahnılar səsləndirərək öz dil bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Marketinq və Kommunikasıya Departamentindən Teleqraf.com-a verilən xəbərə görə, qaliblər arasında ADİU-nun tələbəsi, Nigeriya vətəndaşı Viktor Damolada olub. ölkədə ilk dəfə keçirilən nın qalibləri sırasında olub.

Qalibləri millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, YAP Gənclər birliyinin ofis rəhbəri Əli Pənahov, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, əməkdar artist Tünzalə Ağayeva və teleaparıcısı Samirə Mustafayevanın təmsil olunduğu münsiflər heyəti müəlyyən edib.

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

NİGAR


Müəllif:

Oxşar xəbərlər