26 Avqust 2021 21:44
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Səhiyyə Nazirliyi ABŞ əczaçılıq şirkəti “Moderna” tərəfindən hazırlanan COVID-19 peyvəndlərinin bəzi dozalarında xarici maddələr aşkar edildiyini əsas gətirərək 1.63 milyon dozanın istifadəsini dayandırmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, avqustun 16-dan bu yana ölkədəki 8 peyvənd mərkəzində 39 istifadə edilməmiş peyvənd növündə xarici maddə aşkar edildiyi açıqlanmışdı.

Buna baxmayaraq, bu günə qədər peyvəndlərlə əlaqədar qeyri-adi bir sağlamlıq problemi yaşanmayıb.

“Moderna” peyvəndlərinin ölkədə yayılmasını öz üzərinə götürən yapon əczaçılıq şirkəti “Takeda” peyvənddəki maddələrin tərkibinin hələ təyin edilmədiyini açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər