26 Avqust 2021 17:13
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu avqust ayının 27-də saat 12:00-da keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Siyəzən rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov Xızı rayonu, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev isə Xaçmaz rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com