“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, o, Ağdam təmsilçisinin hər üç rəqibinin ciddi olduğunu bildirb.
“Hər üçü ciddi rəqibdir. İki komanda – “Kayrat” və “Omoniya” öz ölkələrinin çempionlarıdır. Kipr komandaları bizə qarşı həmişə çox ciddi olublar. Onlarla maraqlı oyunlarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər oyuna ciddi yanaşmalıyıq”, - Qurbanov deyib.
“Qarabağ”ın baş məşqçisinin Belçika təmsilçisinə münasibəti isə belə olub:
“Bazel”in xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük”.