ABŞ hərbçiləri Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə pilotsuz uçuş aparatı ilə hava zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Qeyd edilir ki, zərbə nəticəsində bir İŞİD terrorçusu məhv edilib.
Hava zərbəsi avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilmiş, Amerikanın 13 hərbi qulluqçusunun həyatına son qoymuş terror aktından sonra endirilib. Pentaqon hava zərbəsinin terror aktı ilə əlaqəli olub-olmadğını açıqlamayıb.