İmişli rayonunda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, İmişli rayonu Otuziki kənd sakini Yavər Zülfüqarova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon mərkəzinə gəlmiş və digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Y.Zülfüqarovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün İmişli RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.