"Azəriqaz" İB-nin sayca 12-ci "Açıq mikrofon" aksiyası Suraxanı rayonunun Zığ qəsəbəsində təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, sürüşmə zonasından köçürülən vətəndaşların məskunlaşdığı ərazinin qazlaşması ilə bağlı daxil olan müraciətlər əsasında təşkil olunan "Səyyar qəbul otağı" sentyabr ayının 13-də saat 11:00-dan 13:00-dək vətəndaşların üzünə açıq olacaq.
Vətəndaş məmnunluğunu hər şeydən üstün tutan Birlik bundan sonra da bu cür aksiyaları davam etdirəcək