16 Sentyabr 2021 13:40
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır".

Teleqraf.com-un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mü" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mü" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər