22 Sentyabr 2021 18:00
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək hərbçilərinin yolasalınma mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində bildirib.

Qeyd olunub ki, hərbçilər Türkiyə ordusunun 1-ci mexaniki piyada briqada komandanlığından yola salınıb.

Türkiyəli hərbçiləri Türkiyə-Azərbaycan sərhədində Araz çayı üzərindəki “Ümid” körpüsündə Azərbaycan hərbçiləri qarşılayıb.


Müəllif: Teleqraf.com