24 Sentyabr 2021 09:57
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Bu barədə Xalq şairinin qızı Yaqut Yaqubova məlumat verib.

Onun sözlərinə görə, qəbrin üzərində məzarüstü kompleks yaradılacaq: “Adətən, belə işlər ya mərhumun ad gününə, ya da ildönümünə hazır olur. Yəni vaxt aparan işdir. Amma hazırlıq işləri gedir. Atamın qəbrinin yanında anamın və əmimim qəbirləri də var. Onları birini ayrıca etmək olmaz. Üçünün də üstünü götürəcəklər. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayır. Artıq ilkin variantda qaralama eskiz çəkilib və maket düzəldilib. Bizə göstərdilər, xoşumuza gəldi. Bəzi əlavələrimiz də olacaq. Atamın vəsiyyətinə uyğun olaraq məzarının yanına dəyirman daşı qoyulmalıdır. Oktyabrın əvvəlindən işlər tam başlayacaq".

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq şairinin qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər