13 Oktyabr 2021 15:45
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın tarixi qələbəsi regionda yeni reallıqlar yaradıb. Ölkəmizin yaratdığı reallıqların olduğu kimi dünya ictimaiyyətinə çatdırılması medianın üzərinə düşür”.

Teleqraf.com-un xəbərinə görə, bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, “Media haqqında” yeni qanun layihəsi artıq yekunlaşmaq üzrədir: “Qanun layihəsi bundan sonra isə aidiyyatı üzrə təqdim ediləcək”.


Müəllif: Teleqraf.com