21 Oktyabr 16:37

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib. 21 337 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, bu günə qədər isə ümumilikdə 5 069 352 test icra olunub.


Müəllif: Teleqraf.com