21 Oktyabr 2021 20:13
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində nazir Anar Kərimovun şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşü baş tutub.

Teleqraf.com xəbər verir ki, tədbiri ön sözlə açıq elan edən Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə qonaqları salamladıqdan sonra şəhid mədəniyyət işçilərinə həsr olunmuş “Səhnədən səngərə” layihəsinin əhəmiyyətindən bəhs edib. Həmçinin 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbir iştirakçılarını səmimi salamlayan Anar Kərimov şəhid ailələri və qazilərin daim diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu səpkidə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Nazir şəhid valideynlərinə müraciət edərək:”Bu görüş bizim üçün həm də ona görə dəyərlidir ki, siz bizə şəhidlərimizin əmanətisiniz. Ən ali, müqəddəs duyğuları onlara məhz siz aşılamısınız, qəlblərinə mərdlik, sevgi toxumları səpmisiniz” deyib.

Tədbir şəhidlərin doğmalarına Fəxri Diplomların təqdim olunması və Anar Kərimovun ailələrlə masa ərafında səmimi söhbəti ilə davam edib.


Müəllif: Teleqraf.com