22 Oktyabr 2021 11:40
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yamac bərkitmə işləri bu ilin axırına kimi hava şəraitindən asılı olaraq həyata keçiriləcək. Şərait imkan versə, ilin sonuna qədər layihə üzrə plan icra olunub başa çatdırılacaq".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.

Samir Vəliyev qeyd edib ki, sürüşmənin baş verməsi Yer kürəsində gedən proseslərlə əlaqədardır: "Ümumiyyətlə, Yer kürəsində ekzogen geodinamik proseslər daim aktivdir. Bunu hər kəs müşahidə edir.

Bizim layihəyə əsasən, yamacın dayanıqlılığı tələblərə tam cavab verir və uyğun olaraq yamacın dayanıqlılığı təmin edir. Lakin ümumi götürdükdə, Yer kürəsində aktivlik prosesi daimidir. Yeraltı suların sahədən kənarlaşdırıldığı və kənar suların əraziyə daxil olmasının qarşısı alındığı təqdirdə yamacın dayanıqlılığı təmin olunacaq".


Müəllif: Teleqraf.com