Müdafiə Sənayesi Nazirliyinin Velosiped İdman Klubunun təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Zəfər Gününə həsr olunmuş veloyürüş təşkil edilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, veloyürüşdən öncə müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev və yürüşün iştirakçıları tərəfindən nazirliyin inzibati binasında yerləşən Şəhidlər Memorial Abidə Kompleksinin qarşısına əklil və tər qızılgüllər qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Zəfər Gününə həsr olunmuş veloyürüş Nazirliyin inzibati binasından Heydər Əliyev Mərkəzinə qədər olan məsafəni əhatə edib. Yürüşdə müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.