14 Noyabr 2021 09:58
2 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceviz qədim zamanlardan təbabətdə istifadə olunur.

Teleqraf.com-un məlumatına görə, ceviz orqanizmə stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, beyinin fəaliyyətini və əval-ruhiyyəni yaxşılaşdırır, xərçəng əleyhinə təsirə malikdir.

Bu məqsədlə cevizi bıçağın ucunda çaya və ya qəhvəyə əlavə etmək olar. Həmçinin ceviz müxtəlif şirniyyatların, xörəklərin hazırlanmasında istifadə olunur.

Ceviz qədimdən güclü afrodiziak (cinsi həvəsi artıran maddə) kimi tanınır. Afrodiziak kimi ceviz həm qadın, həm də kişilərə təsir edir.

Ceviz kişilərdə potensiyanı artırır, cinsi zəifliyi ilə mübarizə etməyə kömək edir. Şərgdə bu məqsədlə belə bir kokteyldən istifadə edirlər - 1 stəkan isti suya 1 çimdik ceviz və 1 çimdik darçın əlavə olunur, 20 dəqiqədən sonra yaxşı süzülür, zövqə görə bal əlavə olunur və gündə 1-2 dəfə içilir.

Cevizdən az miqdarda istifadə etmək olar. Əks halda güclü zəhərlənməyə, sinir sisteminin fəaliyyətinin pozulmasına, hətta hallüsinasiyalara (qarabasma) səbəb ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər