8 noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: "Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək".