16 Noyabr 2021 17:50
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə Ali Məhkəmənin inzibati binasına tanışlıq səfəri təşkil olunub.

Teleqraf.com xəbər verir ki, “Davam”çı gənclər ilk olaraq inzibati binada yerləşən ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş xatirə muzeyi ilə, sonra isə mülki və cinayət kollegiya, plenum, konfrans və oxu zalları, elektron kitabxana ilə tanış olublar.

Tanışlıq səfəri çərçivəsində gənclərə məhkəmənin əsas fəaliyyət istiqamətləri, qarşıda duran prioritet məqsədlər barədə ətraflı məlumat verilib.

Sonda xatirə fotoları çəkilib.

Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünasları, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.


Müəllif: Səxavət

Oxşar xəbərlər