15 Noyabr 2014 19:59
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “3R – Reuse, Reduce, Recycle” (“Yenidən istifadə et, Azalt, Çeşidlə”) şüarı altında keçirilən III Beynəlxalq Uşaq Konfransı davam edir. Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-in təşkilatçılığı ilə keçirilən konfransda Almaniya, Latviya, Macarıstan, Ukrayna, Rusiya, Belarusdan olan nümayəndələr iştirak edirlər.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfansın ikinci günü iştirakçıların Balaxanıda yerləşən “Təmiz Şəhər” ASC-yə aid tullantıların çeşidlənməsi və yandırılması zavodlarına səfəri ilə başlayıb. Qonaqlara zavodların gördüyü işlər və ekologiyanın qorunmasına töhfəsi barədə məlumat verilib.

İştirakçılar, həmçinin Heydər Əliyev Mərkəzində olublar. Mərkəzdə Heydər Əliyev Muzeyi və buradakı sərgi zalları, tarixi və müasir ekspozisiyalar barədə məlumat alan uşaqlar 7 saatadək davam edən məşğələlərə qatılıblar.

Məktəblilər 5 qrupa bölünərək ekologiya, tullantıların yenidən istifadə olunması kimi mövzularda rəsmlər çəkiblər. “Göllər və çaylar”, “Dənizlər və çimərliklər”, “Meşələr və dağlar”, “Çöllər və bağlar”, “Parklar və şəhər” mövzularında qrup işləri görən məktəblilər ətraf mühitin qorunması ilə bağlı müzakirələrə qatılıblar. Layihə çərçivəsində təlimçilər və xarici ekspertlər üçün seminar keçirilib.

Tədbir 15 noyabr – Ümumdünya Tullantıların İdarəçiliyi Günü yekunlaşacaq.


Müəllif:

Oxşar xəbərlər