24 Noyabr 2021 12:28
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvinin əsərlərində elə təsvirlər var ki, o, sanki sözlərlə rəsm tablosu yaradıb.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin mədəniyyət naziri Məhmət Nuri Ərsoy
“Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Beynəlxalq Forumda deyib.

"Nizami Gəncəvi kimdir sualının cavabı çox genişdir. O, özünəməxsus əsərlər yaratmaqla yanaşı, coğrafiya, tibb, astronomiya və digər elmlərinə də hakim idi. Gəncəvi 7 dil bilməklə yanaşı musiqini də ruhunda birləşdirən dərviş ruhlu şair olub. Kamil insan portretini Nizami Gənvəvi əsərlərində görmək olar.

İnsanların bir-birinə hörməti, sevgisi, bəşəri dəyərləri onun əsərlərində geniş tərənnüm olunub. Türk milləti bu böyük şairinə qürurla sahib çıxmağa və gələcək nəsillərə ötürməyə davam edəcək. Biz bir olub min illik mirasımızı qoruyacağıq", - deyə Ərsoy qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər