1 Dekabr 2021 13:29
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 noyabr 2021-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni variantını - B.1.1.529-u təsnif edib və ona qısaca "omikron" adı verilib. İlk dəfə Cənubi Afrika Respublikasında yoluxma hallarının artması nəticəsində şübhələnərək yeni bir mutasiyanın olduğu qənaətinə gəlinib.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-infeksionist Vasif Əliyev COVID-19 virusunun yeni mutasiyası omikron ştammı haqqında danışarkən deyib.

Onun sözlərinə görə, virusun bu mutasiyası təkcə ölüm hallarının artması ilə deyil, həm də yoluxma hallarının çoxluğu ilə də əlaqələndirilə bilər:

"Amma bu mutasiyanın daha əvvəlkilərdən fərqli olaraq daha öldürücü və ya daha yoluxdurucu olub-olmadığı hələlik bilinmir. Yeni ştamla bağlı tədqiqatlar davam edir. Qoruma yolları və diaqnostik metodlarla xəstəliyin tanınması, onun müalicəsi əvvəlki üsullarla aparılır. Görülən işlərdə hər hansı dəyişiklik yoxdur.

Bu virusdan qoruma yolları fərdi gigiyena vasitələri ilə yanaşı, maska taxılması, ictimai yerlərdə ara məsafəsinin gözlənilməsi, vaksinləşmə prosesidir. Müalicə-diaqnostika metodları da daha əvvəl bildiyimiz yöntəmlərlə davam etdirilir. Hələ ki bu virus yenidir. Bu mutasiya ilə bağlı əlavə məlumatlar olanda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ictimaiyyətə açıqlanacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər