1 Dekabr 2021 12:18
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Gəncə şəhərinə səfər edib.

Teleqraf.com-un verdiyi məlumata görə, səfər çərçivəsində diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Səfir daha sonra Vətən müharibəsi zamanı raket atəşinə tutulan yaşayış massivini ziyarət edib, burada dünyasını dəyişən vətəndaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq hadisə yerinə gül dəstələri düzüb.


Müəllif: Teleqraf.com