2 Dekabr 2021 12:25
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh və mədəniyyət arasında əlaqələri tapmalıyıq. Təxminən 50 ilə yaxındır ki, ömrümü münaqişə zonalarını çəkməklə keçirirəm. Bəzən məni müharibə fotoqrafı kimi təqdim edirlər. Amma mən daha çox sülh korrespondenti kimi çıxış edirəm.

Teleqraf.com xəbər verir ki bu sözləri Azərbaycan əsilli fransız fotoqrafı Rza Deqati "Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda deyib.

"Biz yeni bir fazaya daxil olacağıq. Dünyanın yeni bəşəri dilə ehtiyacı var. Bu da fotoqrafiyadır. Fotoqrafiya foto dili ilə hekayələri insanlara nəql edir. Sülhə ancaq insanlar bir-birini başa düşsə və sevsə nail oluna bilər. Təbii ki, bu mənada dil mühüm bir məqama çevrilir. Əgər biz sülhə nail olmaq istəyiriksə uşaqlarımıza təhsil verməliyik. Əfsuslar olsun ki, bəzi ölkələrdə insanlar öz uşaqlarını müharibə aparmağı öyrədir.

Həm birinci, həm də ikinci Qarabağ müharibəsini çəkmişəm. Xocalı soyqırımında çəkdiklərimi dünyaya tanıtmağa çalışmışam. İşğaldan azad olunmuş torpaqlarımıza gedəndə dəhşət içində idim.
Bu, bildiyimiz müharibə dağıntıları deyil, mədəniyyətin qəsdən dağıdılmasının təcəssümü idi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər