17 Noyabr 2014 10:45
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Axısxa Türklərinin sürgünün 70-ci ildönümü ilə bağlı konfransda geniş məruzə ilə çıxış edib və Türk dünyasına səslənib.

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş, Türkiyənin TÜRK PA-dakı nümayəndə heyətinin rəhbəri Nevzat Pakdil, Türkiyənin millət vəkilləri və aydınları, Çorum Valisi və bələdiyyə başqanının, dünyanın hər tərəfindən gəlmiş Axısxa türkləri cəmiyyətlərinin iştirakı ilə Çorumda Hitit Universitetindı keçirilən konfransda Stalin tərəfindən 1944-cü ildə Axısxa türklərinin sürgün edilməsi, günahsız insanlarımızın yaşadığı dəhşətli faciələr, bu gün də Axısxa türkləri qardaş-bacılarımızın öz evlərinə dönə bilməsindəki böyük çətinliklərdən geniş danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, bütün Türk dövlət, toplumları, diaspor təşkilatları Axısxa türklərinə daha çox dəstək göstərməlidir.

Sovet dövründə ermənilərin oyunları nəticəsində Ermənistandan tarixi türk torpaqlarından, öz evlərindən didərgin salınan Azərbaycan türklərinin də Axısxa türkləri qardaş-bacılarımız kimi böyük əziyyətlər çəkdiyini deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın apardığı etnik təmizləmə nəticəsində bu gün orada bir nəfər belə olsun Azərbaycan türkünün yaşamadığını deyib. Azərbaycanın hər zaman Axısxa türkləri qardaş-bacılarımıza dəstək göstərdiyini, Fərqanə hadisələri zamanı da minlərlə axısxa türkü insanımızın Azərbaycana gəldiyini və özlərini hər zaman öz evlərindəki kimi hiss etdiklərini deyən millət vəkili Qənirə Paşayeva amma hər bir Axısxa türkünün öz yurduna, evinə- Axısxaya dönmək haqqı var və bu istiqamətdə hamımız onlara dəstəyimizi daha da gücləndirməliyik deyib. O, çıxışında Türk dünyasına səslənərək “birlik, bərabərlik zamanıdır, biz hamımız özümüzü dövlətimizin vətəndaşı olmaqla bərabər Axısxalı, Qarabağlı, Krımlı, Kərküklü, Kuzey Kıbrıslı və.s kimi də hiss etməliyik. Gör nə vəziyyətdəyik ki, Axısxa türkləri ilə bağlı hər zaman tədbirlərə qatıldığımı, gücümün çatdığı qədər dəstək olmaq istədiyimi bilən bir türk qardaşım mənə “mən sizin Axısxa kökənli olduğunuzu indiyədək bilmirdim” deyir. Mən də ona “xeyr mən Axısxa kökənli deyiləm, amma mən özümü Azərbaycanlı olmaqla bərabər, həm də Türkiyəli, Axısxalı, Kərküklü, bütün Türk dövlət və toplumlarının da bir parçası kimi də hiss edirəm. Axısxa türkləri ilə bağlı məsələlərə sadəcə Axısxa türklərimi diqqət və həssaslıq göstərməlidir dedim. O da haqlısınız amma təəssüf ki, türk insanının çoxu hələ də sizin dediyiniz kimi düşüncədə deyil dedi. Hamımız bu istiqamətdə daha çox çalışmalıyıq, əks halda istədiyimiz birlik və bərabərliyi əldə edə bilmərik. Birimizin sevinci hamımızın, birimizin kədəri də hamımızın kədəri olmalıdır” dedim. Çorumda çıxışı zamanı Qənirə Paşayeva Türk dövlət və toplumlarına səslənərək topluma örnək olaraq aydınlarımız bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından, 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz evinə dönə bilməməsindən, Ermənistanın işğal etdiyi torpaqlarımızda camilərimizi, tarixi, mədəni abidələrimizi, qəbirstanlıqlarımızı dağıtmasından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının da dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün də çalışmalıdır. “Qarabağ probleminin həlli, Axısxa türklərinin üzləşdiyi problemlərin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.İnşallah, gələn dəfə bu cür tədbirləri birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və eyni zamanda Axısxa türkləri qardaşlarımızın daha surətlə öz evlərinə dönə biləcəyi gözəl Axısxada keçirək”, – deyən millət vəkili çıxışının sonunda tədbirdə iştirak edən bir sıra siyasətçi, aydın və KİV təmsilçilərini rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar, materiallar, sənədli filmlər hədiyyə edib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər