8 Dekabr 2021 08:25
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com