"Postmünaqişə dövründə Azərbaycan tərəfindən atılan konstruktiv addımlara baxmayaraq, Ermənistan bunların tam qarşılığını vermir".
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatların icrası ilə bağlı bir ildən artıqdır ki, işlər gedir: "Artıq bir neçə müddəalar yerinə yetirilib. Bəzilərinin yerinə yetirilməsi hələ də müzakirə olunur. Təbii ki, ləngimələr var".